Veteran futbolçu milliyə çağırıldı

Tomas Müller yenidən Almaniya millisinə dəvət olunub.

Sportline.az xəbər verir ki, bu haqda Almaniya Futbol İttifaqının "tvitter" səhifəsində məlumat yayılıb.

"Bavariya"nın hücumçusu "Borussiya"nın zədəli forvardı Niklas Fülkruqu əvəzləyib.

Qeyd edək ki, 24 yaşlı futbolçu DÇ-22-dən sonra milli karyerasını bitirmək niyyətində olduğunu bildirmişdi.