"Vilyarreal" - "Las Palmas": Heyətlərdəki son durum
La Liqada 8-ci tura bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, turun son oyununda "Vilyarreal" "Las Palmas"ı qəbul edəcək.
Meydan sahiblərinin heyətində Pedraza, Foyt, Kambvala, Moreno və Perez zədə üzündən iştirak ərizəsinə daxil edilməyib.
Qonaqlarda isə Silessen, Marmol, Mek Kenna, Marvin və Ramirez komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "De la Ceramica" stadionunda keçiriləcək görüş 23:00-da başlayacaq.