Vinisius barədə film 2025-ci ildə təqdim olunacaq
"Netflix" Vinisius haqqında sənədli filmin hazırlandığını elan edib.
Sportline.az xəbər verir ki, 2025-ci ildə "Real Madrid"in vingeri haqqında sənədli film nümayiş olunacaq.
“Netflix ilə əməkdaşlıqda həyatım haqqında sənədli filmin çəkildiyini elan etməkdən çox şadam. Premyera 2025-ci ilə planlaşdırılıb” - deyə futbolçu sosial şəbəkədə yazıb.
22 yaşlı Vinisius 55 oyunda 23 qol və 18 məhsuldar ötürmə ilə "Real Madrid"in mövsümün ən yaxşı oyunçusu seçilib .