Vinisius komitə rəhbəri oldu
"Real"ın futbolçusu Vinisius Junior FİFA-nın rasizmlə mübarizə komitəsinin rəhbəri olacaq.
Sportline.az xəbər verir ki, Braziliya millisinin hücumçusu bununla bağlı təklifi məmnuniyyətlə qəbul edib.
"Mən Vinisiusdan bu komitəyə rəhbərlik etməsini xahiş elədim. Bundan sonra rasizmlə bağlı məsələlərə daha ciddi yanaşılacaq, daha ağır cəzalar tətbiq olunacaq" - deyə FİFA prezidenti Canni İnfantino bildirib.
Qeyd edək ki, Vinisius Junior dəfələrlə rasist hərəkətlərlə üzləşən futbolçulardan biridir.