Vinisiusu təhqir edənlərə cərimə yağdı

Vinisius Junioru təhqir edən "Valensiya" azarkeşləri cərimələnib.

Sportline.az "El Chiringuito"ya istinadən xəbər verir ki, La Liqanın 35-ci turunun matçında "Real"ın cinah oyunçusuna irqçi təhqirlər səsləndirən "Valensiya"nın üç fanatından 5 min avro tələb olunacaq və onlar il ərzində idman obyektlərinə buraxılmayacaqlar.

İspaniya kubokunun 1/4 final mərhələsinin oyunu öncəsi Vinisiusa oxşadılan şişmə şarı körpüdən asan 4 “Atletiko” azarkeşinə qarşı da sanksiyalar tətbiq edilib. Onların hər biri 60 min avro ödəyəcək, yaxın iki il ərzində stadionlara daxcil ola bilməyəcəklər.

Banner