Virts "Bayer"dən ayrılacaq?
"Bayer"in almaniyalı futbolçusu Florian Virts üçün nəhəng klublardan təklif var.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Real Madrid", "Mançester Siti" və "Liverpul" Virtsi transfer etmək üçün hərəkətə keçib.
Almaniya klubu 21 yaşlı futbolçu üçün 140 milyon avro tələb edir.
Qeyd edək ki. Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 oyunda 15 qol və 13 asistlə yadda qalıb.