"Volfsburq"un yeni baş məşqçisi açıqlandı

Almaniyanın "Volfsburq" klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, Bundesliqa təmsilçisini Niko Kovaç calışdıracaq.

Məlumatı klubun rəsmi saytı yayıb

50 yaşlı xorvatiyalı mütəxəssislə 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, onun son iş yeri Fransa "Monako"su olub.