"Vulverhempton" brazilyalı futbolçu üçün 62 milyon avro tələb edir

"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya klubdan ayrıla bilər.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Kunya üçün "Vulverhempton" 62 milyon avro tələb edir.

"Arsenal" 25 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, Kunya karyerası ərzində "Koritiba", "Sion", "Leipziq", "Herta Berlin" və "Atletiko Madrid" kimi klublarda çıxış edib.

"Vulverhempton" Matues Kunyanı 50 milyon avro qarşılığında "Atletiko"dan transfer edib.

O cari mövsüm çıxış etdiyi 24 oyunda rəqib qapılarından 11 top keçirib.

Kunyanın İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.