Xabi Alonso daha bir qitə nəhənginin hədəfində

Bu mövsüm "Bayer"lə xarüqələr yaradan Xabi Alonso Avropanın aparıcı klublarının hədəfindədir.

Sportline.az xəbər verir ki, artıq "Bavariya" da bu sıraya qoşulub.

Tomas Tuxelin mümkün istefasından sonra bu posta ən real namizədlərdən biri də ispaniyalı mütəxəssisdir.

Bu haqda "The Athletic" məlumat yayıb.

Qeyd edək ki, "Bavariya" 22 turdan sonra lider "Bayer"dən 8 xal geri qalır.