Xavi: "Barselona" Avropa yox, Çempionlar Liqası üçün yaradılıb"

Xavi bəyan edib ki, "Barselona" Avropa Liqasında oynamağa layiq deyil.

Sportline.az xəbər verir ki, Xavi komandasının Çempionlar Liqası üçün yaradıldığını bildirib.

“Mən artıq futbolçulara demişəm ki, biz artıq Avropa Liqasında oynamayaq. Bağışlayın, amma "Barselona" Avropa Liqası üçün yaradılmayıb. Biz Çempionlar Liqasında oynamaq və onu qazanmaq üçün çalışmalıyıq” - deyə“Barselona”nın baş məşqçisi “Movistar+” nəşrinə müsahibəsində deyib.