Xavi İngiltərə nəhəngini çalışdıra bilər
Bu yay “Barselona” klubundan istefa verən Xavi Ernandesin yeni klubda işləmək istədiyi bildirilir.
Sportline.az “The Athletic” qəzetinə istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi komandanın sükanı arxasında Xavini görmək istəyir.
Erik Ten Haqın bu həftə klubdan kənarlaşdırılacaqı gözlənilir.
Qeyd edək ki, Xavi özü də “Mançester Yunayted”i çalışdırmağa müsbət yanaşdığını bildirib.