Xavi Simons "Mançester Siti"nin transfer hədəfinə çevrilib
"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons klubdan ayrıla bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" X.Simons üçün Almaniya klubuna rəsmi təklif göndərib.
Bu keçid üçün "Leipziq" klubu 80 milyon avro tələb edir.
Qeyd edək ki, Xavi Simons "Barselona" yetirməsi sayılır.
O cari mövsüm çıxış etdiyi 19 matçda 6 qol və 5 asistlə yadda qalıb.