"Xəzər" Almaniya klubu ilə qarşılaşacaq

I Divizionda çıxış edən "Xəzər" Türkiyədə təlim-məşq toplanışı keçəcək. SportLine.az xəbər verir ki, komanda Antalya bölgəsində məskunlaşacaq.

Artıq "Xəzər"in yoxlama görüşlərindəki ilk rəqibi də bəllidir. Bakı təmsilçisi Almaniyanın “Vakker Nordhauzen” kollektivi ilə üz-üzə gələcək. Görüş yanvarın 20-nə planlaşdırılıb.