"Xəzər Lənkəran" və "Qarabağ"ın sabiq futbolçuları işdən azad edilib
AFFA iki gənc məşqçini işdən azad edib.
Sportline.az xəbər verir ki, Emin Quliyev və Elmir Xankişiyev Elit-məşq layihəsindən uzaqlaşdırılıb.
Milli komanda, «Neftçi» və «Xəzər Lənkəran»dakı çıxışı ilə tanınan Quliyevlə, vaxtilə «Qarabağ»ın aparıcı oyunçularından sayılan Xankişiyevin hansı səbəbdən iş yerini itirməsi məlum deyil.