"Xilasedici" bu gün "Styaua" klubu ilə üz-üzə gələcək
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxacaq.
Sportline.az xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da FHN-in idman zalında start götürəcək.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə "Xilasedici" rəqibinə 0:3 hesabı ilə uduzub.