Xorvatiya klubu Edin Cekoya 2 illik müqavilə təklif edib

"Fənərbağça"nın hücumçusu Edin Cekoya Xorvatiyadan təklif gəlib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Hayduk Split" bosniyalı futbolçunu heyətinə qatmaq istəyir.

Xəbərdə futbolçu ilə bağlı son qərarı Jose Mourinyonun verəcəyi bildirilir.

Qeyd edək ki, 38 yaşlı hücumcu ötən mövsüm Türkiyə klubu ilə çıxdığı 46 oyunda 25 qol və 10 asistlik performans göstərib.