Xorvatiyalı futbolçu milli ilə vidalaşdı
Xorvatiya yığmasının üzvü Yosip Pivariç milli karyerasını bitirib.
Sportline.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Hazırda ölkəsində "Lokomotiva"da çıxış edən 34 yaşlı müdafiəçi yığmadakı karyerasını sonlandırdığını bildirib.
Pivariç millidə 26 oyuna çıxıb. O, Xorvatiyanın DÇ-2018-də gümüş medal qazanan heyətində yer alıb.