Xoselu "Real"a keçir

"Espanyol"un hücumçusu Xoselu "Real"a keçməyə yaxındır.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı futbolçunu bir mövsümlük pulsuz icarəyə götürmək niyyətindədir. Bununla da, "Real" futbolçunun maaşını öz üzərinə götürməli olacaq. 

Marko Asensio və Mariano Diazın müqavilələri başa çatdığından və Eden Hazardın vəziyyəti qeyri-müəyyən olduğundan Madrid klubu yeni hücumçular axtarışındadır. 

Qeyd edək ki, 2022/23 mövsümündə Xoselu La Liqada 34 oyunda 16 qol vurub və 2 məhsuldar ötürmə edib.