Xviçanın 14 oyunluq sindromu
Xviça Kvaratsxeliya mart ayından bəri yaddaqalan heç nə etməyib.
Sportline.az xəbər verir ki, A Seriyasının son turunda "Napoli" "Sampdoriya"nı məğlub edib (2:0). Xviça Kvaratsxeliya bütün matçı meydanda keçirib və heç bir qol vurmayıb.
"Napoli"nin yarımmüdafiəçisi son məhsuldar oyununu martın 19-da edib - "Torino" ilə matçda penaltini yerinə yetirib və məhsuldar ötürmə edib (4:0). Gürcüstan millisinin heyətində çıxışları da nəzərə alsaq, qolsuz seriya 14 matçdır.