XXI əsrin ən yaxşıları açıqlanıb

"Liverpul" klubunun XXI əsrdə ən yaxşı futbolçusunun adı müəyyənləşib.

Sportline.az xəbər verir ki, "Goal"ın versiyasına görə, bu, Stiven Cerarddır.

44 yaşlı futbolçu ən yaxşı beşliyin ilk sırasında yer alıb.

Siyahıda həmçinin, Mohamed Salah, Luis Suares, Vircil van Deyk və Alison Bekerin adı var.

Qeyd edək ki, 1998-2015-ci illərdə "Liverpul"un formasını geyinən Cerard komanda ilə 11 mükafata sahib çıxıb.