Yannik Sinner Parisə yollana bilmədi
Məşhur tennisçi Yannik Sinner Olimpiya oyunlarında iştirak üçün Parisə yollana bilməyib.
Sportline.az xəbər verir ki, dünyanın 1 nömrəli tennisçisi yüksək hərarət səbəbindən səfəri təxirə salmalı olub.
Bu haqda "Ansa" nəşri idmançının yaxınlarına istinad xəbər yayıb.
Mənbə bildirir ki, Sinner bu günə planlaşdırılan səfəri iyulun 25-də həyata keçirəcək.
Qeyd edək ki, olimpiadanın tennis yarışları iyulun 27-də başlanacaq.