Yannik Sinner "Rolan Qarros"a inamlı qələbə ilə başlayıb

Dünyanın 2 nömrəli raketka ustası Yannik Sinner turnirə uğurla start verib.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, italiyalı tennisçi Yannik Siner Fransa Açıq çempionatının ilk turunda  ABŞ təmsilçisi Kristofer Eubanksı üç setdə də məğlub edib.(6:3, 6:3, 6:4).

Görüş 2 saat 12 dəqiqə davam edib.

Qeyd edək ki, Rollan Qarrosun ikinci turunda Sinner fransalı tennisçi Rişar Qaskla qarşılaşacaq.