Yaşar Bəşirov: "Bu, WKF prezidentinin Bakıya beşinci səfəridir"
"Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosun Bakıya 5-ci səfəridir".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Bakıda keçiriləcək Premyer Liqa yarışının mətbuat konfransında deyib.
Federasiya prezidenti WKF rəhbərinin Azərbaycana səfərlərindən danışıb: "2003-cü ildə "Prezident Kuboku" üçün ilk dəfə Bakıya gəlib. Onda cənab Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi onu qəbul etmişdi. 2008-ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illiyi ilə bağlı gəlmişdi. 2015-ci ildə I Avropa Oyunları və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları üçün Bakıya səfər etmişdi".
İdmançı Asiman Qurbanlı isə bildirib ki, belə bir yarışın Azərbaycanda təşkil olunması böyük nailiyyətdir.
Qeyd edək ki, Premyer Liqa yarışı Bakıda 2-4 sentyabr tarixlərində keçiriləcək. 3 gün ərzində təşkil olunacaq yarış Heydər Əliyev İdman-Konsert Kompleksində baş tutacaq.