Yeni baş məşqçinin "Çelsi"yə gələcəyi tarix açıqlandı
Maurisio Poçettinonun "Çelsi"ni təhvil alacağı tarix açıqlanıb.
Sportline.az Gola.com-a istinadla xəbər verir ki, bu mövsüm işləri yolunda getməyən “zadəganlar” Qrem Potteri göndərdikdən sonra yeni mütəxəssis axtarışına başlamışdı.
"The Sun"da dərc olunan xəbərə əsasən, Maurisio Poçettino iyunun 1-də rəsmən "Çelsi"ni təhvil alacaq.
Qeyd edək ki, argentinalı mütəxəssis "Çelsi" ilə 3 illik müqaviləyə imza atıb.