Yeniyetmə cüdoçular arasında Bakı birinciliyi keçiriləcək

Oktyabrın 16-17-də 14 yaşadək yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək.

Bu barədə Sportline.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 66 klub və idman cəmiyyətindən 460 idmançı (397 oğlan, 63 qız) 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.