Yoldaşlıq oyunu: Türkiyə İtaliyaya qarşı

AVRO 2024 öncəsi hazırlıqlarını davam etdirən milli komandalar qüvvələrini yoldaşlıq görüşlərində sınayırlar.

Sportline.az xəbər verir ki, İtaliya millisi bu gün Bolonya şəhərində Türkiyə seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, İtaliya AVRO 2024-də İspaniya, Albaniya və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

Turkiyənin turnirdəki rəqibləri isə Gürcüstan, Portuqaliya və Çexiya olacaq.