Yüksək Liqada turun oyun cədvəli

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilərin mübarizəsinə sabah start veriləcək və 17 dekabrda yekun vurulacaq.

Qadınların yarışında isə tur ayın 16-da başlayıb 19-da başa çatacaq.

Yüksək Liqa
Kişilər
VII tur

15 dekabr

17:00. "Gənclər" – "Azərreyl"
Abşeron Olimpiya İdman Kompleksi

17 dekabr

16:00. "Murov Az Terminal" – "Neftçi"
Fövqəladə Hallar Nazirliyinin idman zalı

18:00. "Xilasedici" – "Ordu"
Fövqəladə Hallar Nazirliyinin idman zalı

Yüksək Liqa
Qadınlar
VII tur

16 dekabr

17:00. "Murov Az Terminal" – "Azərreyl"
"Murov Az Terminal"ın idman zalı
18 dekabr

17:00. "UNEC" – "Gəncə"
UNEC-in idman zalı

19 dekabr

18:00. "Abşeron" – "Turan"

Azərbaycan Voleybol Federasiyasının idman zalı