Yüksək Liqanın II turuna start verilib

Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib.

Sportline.az xəbər verir ki, "Azərreyl" və "DH Volley" komandalarının qarşılaşmasında ikincilər 3:2 hesablı qələbə qazanıblar.

Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, turun digər oyunları oktyabrın 21-də və 23-də keçiriləcək.