Yulian Naqelsmann: "Göz yaşlarımı çətinliklə saxlayıram"
AVRO 2024-ün ev sahibi Almaniya millisi 1/4 final mərhələsində İspaniyaya uduzaraq mübarizəni dayandırıb.
Sportline.az xəbər verir ki, Bundestimin baş məşqçisi Yulian Naqelsmann İspaniya ilə oyunun ertəsi günü keçirdiyi mətbuat konfransında emosiyalarının hələ də onu buraxmadığını etiraf edib.
"Çox emosional olduğu üçün göz yaşlarımı çətinliklə saxlayıram. Mən həmişə demişəm ki, ölkə daxilində azarkeşlərin dəstəyinə ehtiyacımız var. Mart ayından bəri azarkeşlərimizin böyük gözlənti içində olduğunu bilirdik. Hər kəsin verməyəcəyi qərarlar verdik, insanlar hiss etdilər ki, nəyisə dəyişmək istəyirik. Fanatlarımızın videolarına baxanda emosional oluruq. Biz onlara daha çox şey bəxş etmək istərdik" deyə Naqelsmann fikirlərini bölüşüb.
Qeyd edək ki, AVRO-2024-də İspaniya və Fransadan sonra bu gün növbəti yarımfinalçıların adlarına aydınlıq gətiriləcək.