Yunanıstan - Azərbaycan oyununun hakimləri açıqlandı

Futzal üzrə Avro-2026-nın əsas mərhələsinin 5-ci qrupu çərçivəsində keçiriləcək Yunanıstan – Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

Sportline.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Afinada oynanılacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

AÇ-2026. Əsas mərhələ. V qrup

11 mart

21:00. Yunanıstan - Azərbaycan

Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Bolqarıstan)

Afina. DAİS İdman Arena.