Yunanıstan kubokunun sahibi məlum oldu
Yunanıstan kubokunda 2022/23 mövsümünə yekun vurulub.
Sportline.az xəbər verir ki, final görüşündə AEK PAOK-u sınağa çəkib. 6-cı dəqiqədən azlıqda qalmasına baxmayaraq, AEK rəqibini məğlub etməyi bacarıb.
AEK - PAOK - 2:0
Qollar: Moukoudi, 26, Fernandes, 90+2
Qırmızı vərəqə: Rota, 6 (AEK)
Bu, AEK-in tarixində qazandığı 16-cı Yunanıstan kubokudu. Afina təmsilçisi 1931-32, 1938-39, 1948-49, 1949-50, 1955-56, 1963-64, 1965-66, 1977-78, 1982-83, 1995-96, 1996-97, 1999-2000, 2001-02, 2010-10 və 2015-16 mövsümlərində də bu uğura imza atıb.