Yunanıstanlı futbolçu "Milan"a keçir
"Genk"in yunanıstanlı futbolçusu Konstantinos Karetsas karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Milan" 18 yaşlı futbolçunu heyətinə qatmaq istəyir.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, K.Karetsasın dəyəri 35 milyon avrodur.