Yusuf Yazıcıya fantastik maaş təklifi

"Lill"lə müqaviləsi başa çatan Yusuf Yazıcı üçün maraqlı transfer iddiası ortaya atılıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu "Əl-Şabab"ın türkiyəli futbolçu ilə maraqlandığı və astronomik maaş təklif etdiyi bildirilib.

 Xəbərdə, 27 yaşlı yarımmüdafiəçinin maaşı üçün "Əl-Şabab"ın 12 milyon avronu gözdən çıxardığı qeyd olunur.

Qeyd edək ki, Yazıcı bu mövsüm Fransa klubu ilə çıxdığı 42 oyunda 12 qol və 4 asistlə yadda qalıb.