"Yuventus" yarımmüdafiəni braziliyalı ulduzla gücləndirəcək
Massimiliano Alleqri ilə yollarını ayırdıqdan sonra Tiaqo Mottanı baş məşqçi postuna gətirməyə hazırlaşan "Yuventus" transfer cəhdlərini davam etdirir.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İtaliya nəhəngi "Aston Villa"dan Duqlas Luizi heyətinə qatmaq istəyir. Bildirilir ki, “Qoca-sinyora” bunun mübadilində İngiltərə klubuna Veston Makkenini təklif edə bilər.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi bu mövsüm Aston Villa ilə çıxdığı 53 oyunda 10 qol vurub, 10 asist edib.