"Yuventus" ingiltərəli futbolçu ilə maraqlanır
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Yuventus" klubu heyətini yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Sportline.az TUTTO mercato-ya istinadla xəbər verir ki, Turin klubu "Çelsi"nin gənc oyunçusu Noni Maduekeni heyətinə qatmağı planlaşdırır.
London klubu bu transfer üçün qarşı tərəfdən minimum 30 milyon avro tələb edir.
22 yaşlı futboçlçu 2023-cü ildən PSV-dən "Çelsi'yə 35 milyon avro qarşılığında transfer olunub.
Qeyd edək ki, Madueke bu mövsüm komnadası ilə çıxdığı 34 oyunda 8 qol və 3 asistlik performans göstərib.