"Yuventus" - "İnter" görüşü rekord qırdı

İtaliya kubokunun finalında bu gün keçiriləcək "Yuventus" - "İnter" görüşü üçün nəzərdə tutulmuş bütün biletlər satılıb. 

Sportline.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Romadakı "Olimpiko" stadionunda keçiriləcək görüş üçün 68 min biletin hamısı satılıb . Arena 70 634 tamaşaçı tutumuna malik olsa da, oyuna 68 000 nəfər buraxılacaq.

Bilet satışından əldə olunan gəlir 5 milyon avrodan çoxdur və bu, turnirin yeni rekordudur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.