"Yuventus" - "Mançester Siti": Heyətlərdəki son durum
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vueulacaq.
Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçı “Alianz Stedyum”da olacaq. “Yuventus” “Mançester Siti” ilə qarşılaşacaq.
"Qoca sinyora"da əsas itki Qleyson Bremer və Arkadüş Milinin adı ilə bağlıdır.
“Mançester Siti”də isə itkilərin sayı kifayət qədərdir. Con Stounz, Manuel Akanji, Mateo Kovaçiç, Fil Foden, Natan Ake, Rodri və Oskar Bob zədə səbəbindən matçı buraxmalı olacaq.
Görüşü fransalı hakim Kleman Turpen idarə edəcək. Matç Bakı vaxtı ilə 00:00-da başlanacaq.