"Yuventus"dan yeni transfer

"Ayntraxt"ın futbolçusu Filip Kostiç karyerasını "Yuventus"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Serb yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, "Yuventus" Kostiç üçün 17-18 milyon avro təzminat ödəyəcək.