Zalatan futbolla vidalaşdı

Zlatan İbrahimoviç karyerasına yekun vurduğunu bəyan edib.

Sportline.az xəbər verir ki, 41 yaşlı isveçli karyerasını A Seriyasının 38-ci turunun “Verona” ilə oyunundan (3:1) sonra elan etmişdi. Hücumçu "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan", "PSJ", "Mançester Yunayted" və "Los Anceles Qalaksi" kimi klublarda çıxış edib.

“Hər şey bir yuxu ilə başladı. Qeyri-mümkün olanı mümkünə çevirən xəyaldan... Mən Malmödə anadan olmuşam. Amsterdamda böyümüşəm. Turində daha müdrik olmuşam. Barselonada aslan oldum. Milanda yenidən böyüdüm. Parisdə yeni perspektivlər tapdım. Mançesterdə əsəbimi yığdım və Los-Ancelesdə əyləndim. Nəhayət, Milanda yenidən rahatlıq tapdım".

Banner