AVRO 2024: Zədəsini sağaldan almaniyalı futbolçu Danimarka ilə görüşdə iştirak edə bilər

Almaniya millisinin əsas mərkəz müdafiəçisi Antonio Rüdiger Danimara ilə 1/8 final görüşündə oynaya bilər.

Sportline.az xəbər verir ki, bu barədə insayder Florian Plettenburq məlumat yayıb.

Xatırladaq ki, 31 yaşlı futbolçu qrup mərhələsində İsveçrə ilə oyunundan (1:1) sonra ombasında problem yaşamışdı.

Qeyd edək ki, Almaniya-Danimarka matçı bu gün saat 23:00-da keçiriləcək.Qarşılaşma Dortmund şəhərində baş tutacaq.