"Zenit" "Beşiktaş"ın futbolçusunu transfer etməyə yaxındır

"Beşiktaş"ın futbolçusu Baxtiyar Zaynutdinov yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Sportline.az Sovsport.ru ya istindla xəbər verir ki, "Zenit" 26 yaşlı futbolçu üçün Türkiyə klubuna 4.5 milyon avro təklif edib.

Mənbənin sözlərinə görə, "Beşiktaş" bu məbləğ qarşılığında futbolçunu göndərməyə razıdır.

Hal hazırda hər 2 klub arasında danışıqlar aparılır.

Qeyd edək ki, Baxtiyar 2023-cü ilin yayında ÇSKA Moskvadan "Beşiktaş"a 4.5 milyon avro qarşılığında transfer olunmuşdu.