Retro matç: "Zenit" əfsanələri millinin veteranlarına qarşı

“Zenit”in veteranları və Rusiya millisinin 2008-ci il heyətindəki veteranları iyunun 15-də retro matç keçirəcək.

Sportline.az xəbər verir ki, oyun Sankt-Peterburqdakı "Petrovski" stadionunda keçiriləcək. "Zenit"in 2008-ci ildə UEFA Kuboku və Superkubokunu qazanması, eləcə də Rusiya millisinin AVRO-2008-in yarımfinalına yüksəlməsinə həsr olunacaq.

Rusiya millisinin məşqçilər korpusunda Qus Hiddink, Aleksandr Borodyuk və İqor Korneyev yer alacaq.

Qapıçılar: Vladimir Qabulov, İqor Akinfeev;

Müdafiəçilər Aleksey və Vasili Berezutski, Sergey İqnaşeviç, Denis Kolodin, Renat Yanbayev;

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, İqor Semşov, Sergey Semak, Yuri Jirkov, Dmitri Torbinski, Aleksey Smertin, Aleksandr Pavlenko, Oleq İvanov;

Hücumçular: Roman Pavlyuçenko, Dmitri Sıçev, Roman Adamov, İvan Saenko.

“Zenit”ə Dik Advokat və Anatoli Davidov rəhbərlik edəcək.

Qapıçı: Vyaçeslav Malafeev, Kamil Çontofalski;

Müdafiəçilər: Aleksandr Anyukov, Anatoli Timoşuk, Tomas Quboçan, Aleksey İqonin, Nikolas Lomberts, İvitsa Krizanaç;

Yarımmüdafiəçilər: Roman Şirokov, İqor Denisov, Konstantin Zıryanov, Radek Şirl, Aleksey İonov, Viktor Fayzulin, Vladislav Radimov, Aleksandr Qorşkov;

Hücumçular: Andrey Arşavin, Pavel Poqrebnyak, Alexandro Dominqes, Fatih Tekke.