"Zenit" Super Kubok oyunu öncəsi məğlub oldu

"Zenit" Sankt-Peterburqda keçirilən Yay Kuboku turnirində 3-cü oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Serqey Semakın komandası Serbiya çempionu Srvena Zvezdaya 2-1 hesabı ilə məğlub olub.

"Srvena Zvezda"nın qələbə qollarını Aleksandar Katai və Stefan Lekoviç vurub. "Zenit"in yeganə qolunun müəllifi Klaudinyo olub.

Beləliklə "Srvena Zvezda" 3 qələbə ilə turnirin qalibi olub.

Qeyd edək ki, "Zenit" iyulun 13-də Super Kubok uğrunda oyunda "Krasnodar"la qarşılaşacaq.Görüş Volqoqrad şəhərində keçiriləcək.