Zidan geri qayıdır
Fransız mütəxəssis Zinəddin Zidan yerli komandanın baş məşqçisi postunda Didye Deşamı əvəz edə bilər.
Sportline.az “Lequipe”ə istinadən xəbər verir ki, Zidan artıq fransız futbol bossları ilə müqavilənin şərtləri ilə bağlı danışıqlar aparır.
Mənbənin sözlərinə görə, Zinəddin Fransa Futbol Federasiyası ilə müddətsiz müqavilə imzalayacaq, yəni o, istədiyi vaxt postunu tərk etməkdə azad olacaq.