Zidandan daha bir nümunəvi addım
Zinəddi Zidan daha bir xeyirxah addımla diqqət çəkib.
Sportline.az xəbər verir ki, məşhur fransalı İstr şəhərində xərçəngdən əziyyət çəkən uşaqlar üçün tikilən müalicə mərkəzinə sponsorluq edəcək.
Xeyriyyə mərasimində göz yaşlarına hakim ola bilməyən Fransa millisinin sabiq kapitanı çıxışında "Övladını itirməkdən dəhşətli heç nə ola bilməz. Mənim valideynlərim bunu yaşadığından həmin hisslər mənə yaxşı tanışdır"-, deyib.
Qeyd edək ki, Zidanın qardaşı Farid 2019-cu ildə uzun sürən xəstəlikdən sonra 44 yaşında dünyasını dəyişib.