"Zirə" 2 yoxlama oyunu keçirəcək

İyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planı bəlli olub.

Sportline.az xəbər verir ki, komanda iyunun 23-nə qədər məşqlərini Bakıda keçəcək. 1 gün sonra Türkiyəyə yola düşəcək "qartallar" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. "Zirə" bu müddətdə iki yoxlama oyunu keçirəcək.

İyulun 7-də Bakıya dönəcək "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Təl-Əviv "Makkabi"si ilə oyunlara son hazırlıq mərhələsini burada keçirəcək.