"Zirə" kapitanını itirdi
"Zirə"nin kapitanı Anar Nəzirovun vəziyyətinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, qapıçının zədəsinin ciddi olduğu müəyyənləşib. Klubun yaydığı məlumata görə, futbolçu, ən yaxşı halda dekabrda yaşıl meydanlara qayıda biləcək.
Onun yoxluğunda “Zirə”nin qapısı və kapitan sarğısı Kamal Bayramova həvalə olunub.