“Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib

Hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Qeyd edək ki, görüş saat 16:00-da başlamalı idi.

Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.