"Zirə" "Kəpəz"ə qalib gəlib

Azərbaycan Premyer Liqasının XXIV turundan təxirə salınmış oyunda “Zirə” “Kəpəz”ə qalib gəlib.

Sportline.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.

“Zirə” hazırda turnir cədvəlində 45 xalla üçüncüdür. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.