"Zirə" klubunda ayrılıqlar

“Zirə" 4 futbolçu ilə vidalaşıb. 

Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donlad Gerye ilə başa çatan müqavilələr yenilənməyib. Paytaxt təmsilçisi göstərdikləri xidmətə görə futbolçulara təşəkkür edib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, "Zirə" yay fasiləsində Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileudur və Cəlal Hüseynovla da yolları ayırıb.

Banner